X sosial media platformasına giriş problemi yaşanıb


X və X Pro sosial media platforması dünya miqyasında kəsintilər yaşayıb.


Downdetector.com-un məlumatına görə, platforma təxminən bir saatlıq fasilədən sonra yenidən açılıb.

Əvvəllər Twitter kimi tanınan X istifadəçiləri yazılara baxa bilməyiblər.

İstifadəçilər X Pro-da "Yazılar gözlənilir" mesajı və yüklənmə problemləri ilə qarşılaşıblar.

"Downdetector" məlumatlarına görə, 47 mindən çox ABŞ istifadəçisi X və X Pro-da giriş problemi ilə üzləşib.

"Downdetector" müxtəlif mənbələrdən, o cümlədən istifadəçilərdən status hesabatlarını toplayaraq kəsilmələri izləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu