"WhatsApp"dan böyük yenilik


"Whatsapp" istifadəçilərin konfidensiallıqlarının qorunması üçün yeni funksiyanı işə salıb. Belə ki, bundan sonra messencerdəki kontaktlar siyahısında istənilən şəxsin hesab fotosunun skrinşot fotosunu çəkmək istəyən zaman messencer buna imkan verməyəcək.


Qeyd etmək lazımdır ki, bu funksiya "Whatsapp"da keçən ay aşkar edilmişdi. Görünür, "Meta" şirkəti onu hamıda aktivləşdirməyə başlayıb.

Messencerin son stabil versiyasında artıq kontaktların hesab fotolarının skrinşotlarını reallaşdırmaq mümkün deyil. Bunu etmək istəyən zaman messencer istifadəçiyə bildiriş verir ki, müvafiq prosesin tətbiq daxilində reallaşdırılması qadağandır.

"Whatsapp" üzərindən dələduzların öz sxemlərində necə müxtəlif üsullardan istifadə etdiklərini nəzərə alsaq, bu yenilik böyük müsbət cəhətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu