Oqtay Gülalıyev əməliyyata götürüldü: Vəziyyəti kritikdir-YENİLƏNİB






Həkimlər bu gün vəziyyəti daha da ağırlaşan Oqtay Gülalıyev əməliyyata götürülüb.



Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist Ramin Deko sosial şəbəkədə məlumat verib.

Yaxınlarının verdiyi məlumata görə, bu gün onun beynində qanın həcmi artıb.

"Anam indilərdə görə bilib, deyir, gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər. Dualarım atamladır”, - oğlu yazıb.

Həkimlər əməliyyatın 3 saat çəkə biləcəyini bildirib.

Qeyd edək ki, əməliyyatı neyrocərrah Emin Yaqubov aparacaq.

***

Səhiyyə Nazirliyi dünən axşam saatlarında piyada keçidində avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini nəzarətə götürüb.



AFN-in xəbərinə görə, bu barədə virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Abubəkirov əlavə edib ki, Gülalıyev onu vuran avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlər ona kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozunu qoyublar.

Xəstəyə lazımi tibbi yardım göstərilib, stasionar müalicəyə götürülüb. Lakin yaxın qohumlarının istəyi ilə City Hospitala köçürülüb.

Nazirlik Gülalıyevin müayinə və müalicəsini nəzarətə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu