Eldəniz Səlimovun Ramiz Mehdiyevə bağlılığı haqda AMEA-dan açıqlama


“Eldəniz Səlimovun akademik Ramiz Mehdiyevlə heç bir bağlılığı yoxdur”.


AFN xəbər verir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, eks-millət vəkilinin AMEA prezidentinin dəstəyi ilə deputat mandatı alması haqqındakı fikirlər absurddur: “Görünən odur ki, bəzi maraqlı dairələr gündəmi dəyişmək, sensasiya yaratmaq və diqqəti ölkənin taleyüklü məsələlərindən yayındırmaq üçün cəmiyyətdə baş verən bütün xoşagəlməz hadisələri hər vəchlə AMEA prezidentinin ayağına yazmağa, onunla bağlamağa cəhd göstərirlər”.

Xatırladaq ki, adıçəkilən sabiq deputatın gündəmə gəldiyi daha bir məsələ onun keçmiş PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toy mərasimində iştirak etməsi ilə bağlıdır. Bildirilirdi ki, E. Səlimovun deputat mandatı qazanmasında AMEA prezidenti R. Mehdiyevin böyük dəstəyi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu