Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı — AÇIQLAMA


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.


Məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.

***

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.


AFN demokrat.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu