Seksual zorakılıq halları niyə artır? – İnternet, sosial şəbəkələr, porno materiallar və... (ŞƏRH)


Ümumdünya Səhiyyə Təşkilatının 2013-cü il üzrə məlumatına əsasən, dünyada hər üç qadından biri döyülüb, cinsi əlaqəyə məcbur edilib və ya başqa bir şəkildə istismara məruz qalıb. Əksər hallarda bu hallar həmin qadınların tanıdıqları insanlar tərəfindən törədilibr. Əfsuslar olsun ki, son illərdə Azərbaycanda da bu kimi hallar ən yüksək mərhələsini yaşayır. Bir sözlə, cəmiyyətdə zorakılıq və təcavüz faktları artıb. Xüsusilə seksual təcavüz hallarının artması diqqət çəkir.


Mövzu ilə bağlı AFN.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu zorakılıq və təcavüz hallarının çoxalmasının səbəbini cəmiyyətin günü-gündən mürəkkəbləşməsində görür: “ Belə zorakılıq vəziyyətinin yaranması gözlənilən idi və mən 30 ildən artıqdır ki, həyəcan təbili çalıram. Heç kimin vecinə deyil, heç kim də buna belə əhəmiyyət vermir. Hələ 90-cı ilin əvvəlləri idi. Radioda Kəmalə adında bir xanım var idi. Mənlə bir silsilə veriliş hazırladı. Mən onda xəbərdarlıq eləmişdim ki, əgər proseslər belə davam etsə, gələcəkdə Azərbaycanda cəmiyyətdə olduqca xoşagəlməz hadisələr baş verəcək. Təəssüf ki, belə də oldu, amma belə olmaya bilərdi. Deyək ki, niyə bu cür zorakılıq halları, artıq seksual zəmində olan zorakılıqlar baş verir, ona görə ki, bu cəmiyyət günü-gündən mürəkkəbləşir, günü-gündən həssaslaşır. Cəmiyyətdə insanların bir biri ilə qarşılıqlı münasibətləri həm ölkə daxilində çoxalır, insanlar çoxaldıqca insanlar bir yerdə yaşadıqca, eyni zamanda sosial şəbəkələr, müxtəlif kommunikasiya vasitələri, bunların hesabına insanların ölkə daxilində xaricdə bir-biri ilə əlaqələri çoxalır və bu sosial şəbəkələrin özü bir tərəfdən faydalı bir vasitədir”.
Sosioloq zorakılıq halları ilə bağlı sosial şəbəkələrdə aparılan məqsədyönlü təbliğatın olmasını, həmçinin Azərbaycanda da bu sahədə araşdırma mərkəzlərinin olmamasını qeyd etdi: “Ögüst Kontdan başlayaraq üzü bu tərəfə 200 ildə sosiologiya, sosial psixologiya, sosial idarəetmə, pedaqoqa, psixologiya, biovarizm, valeologiya və s. onlarca elm sahələri formalaşıb ki, cəmiyyətdə gedən proseslərin tənzimlənməsində bu elmlərdən istifadə olunsun və inkişaf etmiş ölkələrdə də bunların hamısından istifadə olunur. Amma bizim ölkədə məmurun yanında deyəndə ki, elmi təminat lazımdır, filan sahədə elmin köməyindən istifadə etmək lazımdır, məmur gülür. Bax, problem burdadır, cəmiyyət günü-gündən mürəkkəbləşir. Cəmiyyət ixtisaslaşır, biz cəmiyyət üçün vacib olan elmlərdən istifadə eləmirik. Təbabət elmini də yada salmaq istəmirik... Camaatı qoyuruq türkəçarələrin ümidinə”.
Həmsöhbətimizin fikrincə, seksual xarakterli zorakılıq hallarının artmasına səbəb sosial şəbəkələrdə porno mövzulu videoların, görüntülərin yayılmasıdır: “Bəzən bu sahədə məqsədyönlü işlər aparılır. Bunda maraqlı olan qüvvələr var. Bunun səbəbi bir ayrı söhbətin mövzusudur və insanlarımız da sərbəstdir. Yeniyetmələr daxil olur, internetdə belə filmlərə baxır, onlardan istifadə edir. Bu isə yeni doğulana , yeni nəslə bioloji olaraq da təsir edir. Arzulanmayan uşaqlar doğulur, mənəvi formalaşmaya ciddi xələl gəlir. Əsas səbəb günü-gündən mürəkkəbləşən cəmiyyətdə elmə diqqət verilməlidir. Bu, mənim ixtiram deyil, belə bədahətən deyilmir. Bu, aydın məsələdir, cəmiyyət mürəkkəbləşdikcə, cəmiyyətdə xeyli həqiqi elmi mərkəzlər olmalıdır ki, gedən prosesləri öyrənsin, təhlil eləsin, tövsiyələr hazırlasın. Amma təəssüf ki, bizdə bunlar yoxdur. Belə mərkəzlər olanda da hansısa tanışlıqla, qohum-qardaşı ora yığırlar və yaxud özləri xəlvət gizlənib nəsə hansısa iş görürlər. Məsələn, elə mərkəzlər elə araşdırmalara aparırlar ki, araşdırmaçı insanlar mat-məəttəl qlır ki, bizim niyə xəbərimiz yoxdur bu prosesdən. Peşəkar, ixtisaslaşmış insanların çalışdığı mərkəzlər yoxdur. Nəticədə lazım olan məsləhətlər, tövsiyələr də yoxdur. Bax, səbəb əslində bundan qaynaqlanır”.

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu