Yaponiyada uşaq istismarı halları artıb


Yaponiyada 2023-cü ildə bildirilən uşaq istismarı hallarının sayı əvvəlki ilə nisbətən artıb.


Milli Polis Agentliyinin (Keisatsucho) açıqladığı məlumatlara görə, Yaponiyada uşaq istismarı halları 2023-cü ildə əvvəlki illə müqayisədə 6,1 faiz artaraq 122 min 806-ya çatıb.

2023-cü ildə ölkə daxilində uşaq məsləhət mərkəzlərinə 122 min 806 uşaq istismarı hadisəsi bildirilib.

Ötən il uşaqlara qarşı zorakılıq halları ilə bağlı cinayət araşdırmalarının sayı əvvəlki ilə nisbətən 9,4 faiz artaraq 2385-ə çatıb.

2023-cü il ölkədə 1990-cı ildən bəri davamlı olaraq artan uşaq zorakılığı hallarında psixoloji zorakılıq və fiziki zorakılıq birinci yerdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu