Salatın Əsgərovanın Tərtərdəki büstü baxımsız vəziyyətdədir: park zibilliyə çevrilib - VİDEO


Azərbaycanın ilk qadın Milli Qəhrəmanı, ilk şəhid jurnalist Salatın Əsgərovanın Tərtər rayonunun Qazyan kəndindəki büstü baxımsız vəziyyətdədir.


Bu barədə AFN.az-a büstün yerləşdiyi kənddə səfərdə olan ailənin yaxın dostları məlumat verib. Bildirilir ki, büstün yerləşdiyi park zibilxanaya çevrilib. Kənddə olan şəxslərin çəkdiyi videolardan da aydın görünür ki, əraziyə uzun müddətdir heç bir diqqət yoxdur.
Büstün yerləşdiyi kəndin sakinləri bildiriblər ki, parkın yaxınlığında yaşayan insanlar uzun illər əraziyə qulluq ediblər, ağacları suvarıblar, yaşıllığın məhv olmasına imkan verməyiblər. Lakin necə deyərlər, köhnə kişilər dünyasını dəyişəndən, sosial problemlər əhalinin başını qatmağa başladıqdan sonra park və Milli Qəhrəmanın büstü bu qayğıdan da xali olub. Beləliklə, aşağıda təqdim edəcəyimiz videoda görünən mənzərə ortaya çıxıb.
Maraqlıdır, 10 ilə yaxındır Tərtərə rəhbərlik edən icra başçısı Müstəqim Məmmədov bu kəndə bir dəfə də olsun səfər etmədimi? Dövlətin Milli Qəhrəman elan etdiyi, xalqın ürəyində özünə əbədi yuva quran bir şəhidin büstünün bu vəziyyətdə olduğunu görmədimi? Özü görməsə belə, bu vəziyyəti görən, bilən bir vəzifəli olmadımı? Kəndin icra nümayəndəsi, bələdiyyə sədri hara baxır? Bu münasibətin kökündə nə dayanır? Bütün bunlarla bağlı yazımızın davamı olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu