Asteroidi atom bombası ilə partlatmaq istəyirlər


Alimlər süni intellekt modeli vasitəsilə Yerə yaxınlaşan asteroidin üzərində atom bombasının partlaması simulyasiyasını həyata keçiriblər. Bu, həmin göy cisminin istiqamətini dəyişməsi məqsədilə edilib.


"Ölkə.az" xəbər verir ki, NASA-nın bu sahədə apardığı tədqiqatla paralel olaraq çalışan Kaliforniya Universitetinin alimləri süni intellektin köməyi ilə atom bombasının asteroidin üzərinə enməsi, partlaması və onun güclü enerjisinin təsirini göstərən simulyasiya həyata keçiriblər. Onlar iki variant üzrə hərəkət ediblər: asteroidi Yerdən uzaqlaşdırmaq və ya onu kiçik hissələrə parçalamaq.

“Lorens Livermore” Milli laboratoriyasında çalışan alimlər NASA-nın potensial missiyasının uğursuzluqla nəticələnəcəyi təqdirdə atom bombasının asteroidə təsirini anbaan izləyiblər. Onlar hesab edirlər ki, bu üsulla insanları fəlakətdən xilas etmək olar. Tədqiqata rəhbərlik edən professor Meri Barki bununla bağlı deyib:

“Erkən xəbərdarlıq üçün yetərli imkanımız olarsa, o zaman biz raketlə atom bombasını Yerdən minlərlə kilometr uzaqda yerləşən və planetimizə doğru gələn asteroidə göndərə bilərik”.

O əlavə edib ki, nüvə silahı ən yüksək enerji gücünə malikdir və göy cisimlərinin Yer kürəsinə təhdidinin qarşını ala bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu