Türkiyənin milli döyüş təyyarəsi “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib


Türkiyənin milli döyüş təyyarəsi “KAAN” bu gün ilk uçuşunu uğurla həyata keçirib.



Bununla da qardş ölkə Türkiyə "KAAN"la 5-ci nəsil döyüş təyyarələrinə sahib olan ölkələr arasında öz yerini alıb.

Türk Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən Türkiyənin ən əhəmiyyətli texnologiya layihələrindən biri olan "KAAN"ın uçuşu üçün bütün sınaqlar tamamlanıb. KAAN bu gün ilk uçuşunu uğurla həyata keçirib.

Bu günə qədər KAAN-ın ejeksiyon oturacağı testləri, tam uzunluqlu statik sınaqlar, idarəetmə səthlərinin ətalət və statik sınaqları, eniş mexanizmlərinin düşmə testləri, sistem inteqrasiyası laboratoriyasında avionik sistem sınaqları, yanacaq sınaqları və mühərrikin işə salınması sınaqları həyata keçirilib.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu