Türk qırıcısı məşhur serialda nümayiş olunub


Eksperimental prototipinin ilk uçuşu 2024-cü ilin fevralında edilən Türkiyənin milli beşinci nəsil qırıcısı KAAN məşhur “Təşkilat” serialında çəkilib.


Serialda rəqibləri bu tip təyyarələrin inkişafının təfərrüatlarını açıqlamağa çalışan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) işi göstərilir. Həmçinin, süjetə görə, xarici kəşfiyyat xidmətlərinin əməliyyatları səbəbindən qırıcının ilk uçuşunun təxirə salınması variantı müzakirə edilir. Bundan əlavə, tamaşaçılara respublikanın hərbi sahədəki nailiyyətləri haqqında məlumat verilir.

Epizodlarda paytaxtın anqarlarından birində yerləşən təyyarə nümayiş etdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu