45 il eyni serialda rol alan aktrisa dünyasını dəyişib


45 ildir eyni serialda rol alan məşhur aktrisa Ceklin Zeman dünyasını dəyişib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABC kanalının "General Hospital" serialında uzun illərdir tibb bacısı Bobbi Spenser rolunu oynayan Ceklin Zeman 70 yaşında vəfat edib.

Zeman 45 il idi ki, ABC telekanalının adıçəkilən məşhur serialında çəkilirdi. Məşhur aktrisanın bir müddətdir xərçənglə mübarizə apardığı və ölüm səbəbinin xərçəng olduğu açıqlanıb.

Zeman 1977-ci ildə "General Hospital" serialında oynamağa başlayıb.

6 mart 1953-cü ildə Enqlvudda anadan olan Zeman həmin filmlə ilə yanaşı, digər filmlərdə də oynayıb. O, həmçinin "National Lampoon's Class Reunion", "Montana Crossroads", "The Bay" kimi ekran işlərində də yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu