Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib


Uzun müddətdir səhhətində problemlər yaranan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.



AFN xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

"Azərbaycanın Əməkdar artisti Hacı Zöhrə xanım Abdullayevanı xəstəxanaya yerləşdirdik", - o bildirib.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb. Xeyli çəki itirən Z.Abdullayevanın durumu son günlər daha da ağırlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu