Jurnalist Cəmil Məmmədliyə hökm oxundu


Xaçmaz Rayon Məhkəməsinin hakimi Anar Sadıqov jurnalist Cəmil Məmmədliyə hökm oxuyub.


Hökmə əsəsən, jurnalist 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından 20 faiz dövlət hesabına köçürməlidir. Bu barədə Qaynarinfo-ya Cəmil Məmmədlinin özü məlumat verib.

Jurnalist bildirib ki, hökmlə razı deyil: “Heç bir təqsirim yoxdur. Bəraət alana qədər mübarizəmi davam etdirəcəyəm”.

Xatırladaq ki, Cəmil Məmmədli Qubanın icra başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu