Jurnalist Cəmil Məmmədliyə hökm oxundu


Jurnalist Cəmil Məmmədliyə hökm oxunub.



Qaynarinfo verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Cəmil Məmmədli 6 il 12 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Samir Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamları qəbul etmir və cinayət işinin qondarma olduğunu bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu