Cəmil Məmmədli həbs edildi


Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli həbs edilib.



AFN.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə maneə yaratdığını, zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.

Məhkəmə vəsatəti əsaslı hesab edib.

Qərar əsasən C.Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

Qeyd edək ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu