Türkiyə və Britaniya müdafiə nazirləri görüşüb - FOTO


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Britaniyanın müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə Londona gedib.



AFN xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hulusi Akarı qarşılamaq üçün fəxri qaravul dəstəsi düzülüb.

Qarşılanma mərasiminin ardınca Hulusi Akar və ingiltərəli həmkarı təkbətək görüşüb. Daha sonra heyətlərarası geniştərkibli görüş keçirilib. Görüşdə ikili və regional məsələlər müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə diqqət çəkilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu