Hulusi Akar britaniyalı həmkarı ilə görüşüb


Türkiyənin milli müdafiə naziri Hulusi Akar İngiltərənin müdafiə naziri Ben Uolles ilə görüşüb.


AFN.az xəbər verir ki, görüş Akarın İngiltərə səfəri zamanı baş tutub. Belə ki, rəsmi səfərə gəldiyi Londonda Türkiyə səfirliyini ziyarət etdikdən sonra Hulusi Akar İngiltərə Müdafiə Nazirliyində olub.

Görüş zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu