“Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək” - Hulusi Akar


Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.


Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşündə bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Ermənistanın Azərbaycanla sərhəddəki təxribatlarının da müzakirə olunduğu görüşdə Hulusi Akar vurğulayıb ki, Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarına haqq işində də dəstək verəcək”, - deyə xəbərdə qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu