Helikopterlə Bakıya gətirilən Binəli Yıldırımın SON DURUMU AÇIQLANDI


Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyanın İstanbul millət vəkili Şamil Ayrımın xəsarət aldıqları avtomobil qəzası Zəngilandan geri qayıdarkən baş verib.



Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik bəyan edib.

O, zərərçəkənlərin səhhətilə bağlı ciddi bir narahatlığın olmadığını bildirib.

“Şamil bəylə görüşdük. Binəli bəylə də bir az sonra gürüşəcəyik. Həkimlərin dediyinə görə, həyatı təhlükə yoxdur. Türkiyədən təcili yardım təyyarəsi artıq yoldadır. Həkimlər icazə versələr siyasətçilərimizi həmin təyyarə ilə ölkəmizə aparacağıq”, - deyə Çəlik qeyd edib.

O, vurğulayıb ki, Yıldırım və Ayrım sağalanadək onlarla birlikdə Bakıda qalacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar. AKP sədrinin müavinləri - Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu