Qarabağda qəza keçirən Binəli Yıldırım və Şamil Ayrımın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA


Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.



Bu barədə AFN-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir.

Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu