Vardanyan vəzifəsindən azad edildi


Qondarma rejimin başçısı Araik Arutyunyan Rusiyanın siyasi emissarı Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib.


Son həftələr Ermənistan mətbuatında Ruben Vardanyanın tezliklə istefa verəcəyi ilə bağlı məlumatlar yez-tez səslənirdi. İddialara görə, buna səbəb Nikol Paşinyanın Vardanyanın açıqlamalarından narazı qalması olub.
Qeyd edək ki, Ruben Vardanyanın Qarabağı tərk erməsi Azərbaycanın qəti tələblərindən biridir. Onun yerinə uydurma rejimin özünü baş prokuror adlandıran nümayəndəsi Qurgen Nersesyanın gətiriləcəyi gözlənilir. Sorosçu kimi tanınan Qurgen Nersesyanın Vardanyanın yerinə Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişi ilə təyin ediləcəyi bildirilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu