Qubad İbadoğlunun vəkilindən son dəqiqə açıqlaması: Fazil Qasımovun ailəsi...


"Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun saxlanmasının detalları barədə məlumatımız yoxdur".



AFN.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova deyib.

Vəkil bildirib ki, hətta Fazil Qasımovun ailəsi belə onun saxlanmasından xəbərsiz olub:

"Qardaşı ilə əlaqə saxladım. Hadisə barədə tam məlumatsızdır və informasiya əldə etmək üçün Ombudsman Aparatına müraciət edib".

Xatırladaq ki, sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumata görə, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən saxlanıb və istintaqa təhvil verilib.

Onu da qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu