Fazil Qasımovun həbs müddəti uzadıldı


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.



AFN.az-ın məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.

İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar F.Qasımovun həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu