Qarabağdan Ermənistana aparılan Ruben Afrikaya göndərilir - FOTO


2022-ci il dekabrın 4-də Ağdərə rayonunda ağlasığmaz şəraitdə saxlanılan şir Ermənistana aparılmışdı.



AFN.az publika.az-a istinadən xəbər verir ki, Ruben adlı həmin şirin Afrikaya qaytarılmazı nəzərdə tutulub. Bu barədə Vəhşi Təbiəti və Mədəni Dəyərlərin Qorunması Fondu məlumat verib.

“Ruben adlı şir ömrü boyu heç vaxt öz qəbilə üzvləri ilə ünsiyyət qurmayıb. Bu gün Ümumdünya Şir Gününü qeyd edərkən, onun həyatının qalan hissəsini keçirmək üçün vətəni Cənubi Afrikaya qayıtdığını elan etməkdən məmnunuq. İlk dəfə onun nəriltisi tanış mühitdə əks-səda verəcək. Bu mühüm və əlamətdar hadisədir.

Bu tədbirin iştirakçısı olduğuna və aslanın təbii mühitə təhlükəsiz qayıtmasını təşkil etdiyinə görə “Animal Defenders International” təşkilatına təşəkkürümüzü bildiririk”, - fondun bəyanatında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu