18 yaşlı oğlu 54 yaşlı qonşusunu öldürdü


Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib.



Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Elnur Şahid oğlu Quliyev könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu