Həbsdəki qardaşına bibərin içində narkotik gətirdi - Bakıda


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.

Qurumun mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 127.1; 221.3; 66.2 və 69.3-cü maddələri ilə məhkum edilmiş Nicat Nahid oğlu Salahova qardaşı Yüksəl Xalid oğlu Dəmirovun gətirdiyi sovqatda şirin bibərin içərisində gizlədilmiş 3,315 qram heroin və 0,642 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu