Prezident seçkilərində kimə səs verəcəksiniz? - Milli Sorğu Mərkəzi sorğu keçirir


Azərbaycanda onlayn sorğu resursu olan Milli Sorğu Mərkəzi 2024-cü ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı sorğu keçirir.


www.sorgu.az internet saytı vasitəsilə keçirilən sorğuda iştirakçılardan seçkidə kimə səs verəcəkləri soruşulur. Eyni zamanda 4 cavab imkanı verilir:
İlham Əliyevə
Alternativ namizədə
Hələ bilmirəm
Səsvermədə iştirak etməyəcəm.
Qeyd edək ki, Milli Sorğu Mərkəzi tanınmış jurnalist Ceyhun Əsgərovun layihəsidir. Artıq bir neçə ildir fəaliyyət göstərən www.sorgu.az saytı vasitəsilə maraqlı sorğular keçirilərək nəticələri ictimaiyyətə açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu