“Veysəloğlu” şirkətlər qrupu əməkdaşının ölümü ilə bağlı hadisəyə münasibət bildirib




Mingəçevirdə "Veysəloğlu" şirkətinin işçisi özünü anbarda asaraq intihar edib. Baş verən olayla bağlı “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədovla əlaqə saxladıq.

İ.Məmmədov baş verən bədbəxt hadisəyə münasibət bildirərək Mingəçevir şəhərində yerləşən anbar işçisi İsmayılov Vidadi Valeh oğlunun vəfatından dərin kədərləndiklərini, şirkət rəhbərliyi adından dünyasını dəyişən əməkdaşının ailə üzvlərinə baş sağlığı verdiklərini söyləyib.
Şirkət rəsmisi hadisənin səbəblərinin hələlik məlum olmadığını və hüquq mühafizə orqanları tərəfindən müvafiq istintaq işlərinin aparıldığını qeyd edib.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü, Şəki rayon sakini İsmayılov Vidadi Valeh oğlu 2006-cı ildən Veysəloğlu şirkətində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu