Nyu-Yorkdan Moskvaya uçan təyyarəni ildırım vurdu




“Şeremetyevo” hava limanında eniş etmiş təyyarəni ildırım vurub. Hadisə ilə bağlı Rusiya Aviasiya İdarəsinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, hadisə axşam saatlarında Nyu York - Moskva reysi üzrə hərəkət edən təyyarə eniş edərkən – 3 kilometr yüksəklikdə baş verib.

"Airbus 330" buna rəğmən uğurla eniş həyata keçirib. Təyyarənin göyərtəsində olanlardan xəsarət alan olmayıb.

Hazırda təyyarə mütəxəssislər tərəfindən yoxlanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu