"BakuBus”ın 5 illik yubileyi münasibətilə sürücülər mükafatlandırıldı - FOTOLAR




Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC-nin 5 illik yubileyi münasibətilə səmərəli və qüsursuz əmək fəaliyyətində fərqlənən bir qrup sürücü mükafatlandırılıb.



Tədbirdə son illər Bakı şəhəri üzrə nəqliyyat sahəsində əldə olunan uğurlardan danışılıb, nailiyyətlərin qazanılmasında Bakı Nəqliyyat Agentliyinin xüsusi rolunun olduğu vurğulanıb. Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını, eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. Həmçinin, bu işdə sürücülərin əməyi yüksək qiymətləndirib və onlara yeni uğurlar arzulanıb. Sonda fəaliyyətləri zamanı nümunəvi xidmət göstərən 43 nəfər sürücü qiymətli hədiyyələrlə mükafatlandırılıb.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu