Təbriz-Bakı aviareysi yenidən açılacaq




"Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda "Khaza”, "Rana” və "Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”.



AFN APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın "Azərmaş” və 25%-i İranın "Khodro” şirkətinə məxsusdur.

B. Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.

Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu