PA-nın şöbə müdiri Etibar Nəcəfovun ATƏT-də 3 nəfərlik "beynəlxalq tədbiri" - FOTO




Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin fəaliyyətini sərt tənqid edib.



AFN-in məlumatına görə, S.Abbasov adıçəkilən şöbənin ATƏT-dəki yarıtmaz tədbir təşkilatçılığı ilə bağlı narazılığını biildirib və tədbirdən olan biabırçı fotoları ictimailəşdirib: "Polşada ATƏT-in tədbirində, ayrı-ayrı zallarda, paralel tədbirlər (side event) keçirilir. Belə tədbirlər bir dövlətin mühüm mesajlarının Avropaya çatdırılması baxımından çox əhəmiyyətlidir. 20-27 sentyabr tarixlərində azı 6 "side event"də iştirak etdim. Ən ağrılı, acılı isə isə bizim ölkənin tədbiri oldu. 200 nəfərlik zal icarələnib (1 saatı 550 avro), azı 100 nəfərlik yemək masası açılıb, əlavə videoçəkən və fotoqraf kirayələnib. Sizcə, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən bu qədər xərc çəkilən 1 saatlıq tədbirdə neçə nəfər qatılıb? Fotodan da yəqin görürsünüz: cəmi 2 nəfər!
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovu çoxdan tanıyıram, Slavyan Universitetində bir yerdə çalışmışıq, savadlı insandır. Ancaq bu biabırçılığa susmaq yumşaq desək, xəyanətdir. Təsəvvür edin, içəridə mən gələndən sonra cəmi 3 nəfər oldu. Heyrət etdiyim məqam bilirsiniz hansı oldu? Etibar Nəcəfov düz 1 saat kameraya baxaraq danışdı, Azərbaycan haqq səsini dünyaya "çatdırdı". Ola bilsin, həmin situasiyada elə ən düzünü Etibar Nəcəfov elədi. Ancaq şəxsən mən olsaydım xəcalətdən tədbiri təxirə salardım. 1 saat boş zalda, kameraya niyə danışım ki? Guya bu videoya baxıb, hesabatı qəbul edən soruşmayacaqmı, ay bala, zalı da göstər?! Bəli, o zala ATƏT Sammitinin iştirakçılarından yığmaq olduqca asan idi. Ən azı bufetdə zaman keçirən QHT və media nümayəndələrini təamlara görə dəvət edirsən, qaça-qaça gəlirlər. 200 yer dolur, üstəgəl, 100 adam da ayaqüstə qalır. Əlbəttə, mən tədbirin niyə belə biabırçı keçməsini soruşdum. Etibar Nəvəfov və Polşa səfirliyində işləyən Fidan xanım qeyd etdi ki, biz bir neçə gün əvvəl tədbilə bağlı flayerlər dağıtmışıq. Yəni tutar qatıq, tutmaz ayran. Faciədir, özünəqəsddir, apokalipsisdir, tragikomediyadır. Adını nə istəyirsiniz qoyun, ancaq mən bu məsuliyyətsizliyi xalqa, dövlətə, ölkə başçısına xəyanət kimi dəyərləndirirəm, vəssalam! Yumşaq desək məsuliyyətsizlik, qeyri-peşəkarlıq! 1 saata bu qədər xərc kimə və nəyə lazım idi axı?"




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu