SOCAR-ın idarə rəisinin qardaşının meyiti tapıldı




Xəzər dənizində itkin düşən neftçi, SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşı İlqar Şərifovun meyiti tapılıb.



AFN News24.az-a istinadən xəbər verir ki, İ.Şərifovun meyiti Pirallahıda "Mayak" adlanan ərazidə balıqçılar tərəfindən aşkarlanıb.

Bu gün tapılan meyit barədə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.

Qeyd edək ki, İlqar Şərifov bir neçə gün əvvəl Abşeron NQÇİ-də itkin düşmüşdü.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu