Oktay Gülalıyevin əməliyyatı uğurlu keçib




Oktay Gülalıyevin əməliyyatı təxminəm 3 saatdan sonra başa çatıb.



AFN xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev məlumat verib. Onun sözlərinə görə, həkimi Mehdi Sasani əməliyyatın uğurlu keçdiyini bildirib: "Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir. Ümid edirik ki, edilən əməliyyat atamın hazırki vəziyyətdən çıxmasına böyük bir təkan vermiş olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu