Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib - FOTOLAR




Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində QAZEL” markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 m3 həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu