Hadı Rəcəblinin dairəsi də ləğv edildi




74 saylı Lənkəran seçki dairəsindən qeydə alınmış namizəd Rəvan Bəşirov və Əzizxan Əzizov Mərkəzi Seçki Komissiyasına müraciət edib.



“Qafqazinfo” xəbər verir ki, seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini tələb edib. Səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb. Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirə imkan verməyən pozuntular aşkar olunub. 27 seçki məntəqəsində seçkilərin nəticəsi etibarsız hesab edilib. Beləliklə, MSK qərara alıb ki, 74 saylı Lənkəran seçki dairəsində seçkilərin nəticəsi etibarsız hesab edilsin.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu