Ayaz Mütəllibov dövlət və hökumət rəsmiləri ilə Xocalı abidəsini ziyarət edib - FOTOLAR




Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edənlər arasında soyqırımı baş verən vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk Prezident Ayaz Niyazi oğlu Mütəllibov da olub.



A.Mütəllibov rəsmi dövlət və hökumət nümayəndələri ilə bir yerdə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Eyni zamanda, eks dövlət başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əl verib, salamlaşıb.

Qeyd edək ki, A.Müəllibov Xocalı soyqırımından bir neçə gün sonra vəzifəsindən istefa verib.(Etikxeber.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu