Üç general istefaya göndərilib




Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

AFN xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağızadə Fərhad Sabir oğlu.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu