Dövlət Dəniz Agentliyində koronavirusa qarşı tədbirlər görülür




Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 9-da Dövlət Dəniz Agentliyinin inzibati binasında, agentliyin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin, Nəqliyyat və Texniki – Təminat İdarəsinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib.

Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov jurnalistlərə müsahibəsində görülən işlərdən danışıb. Bildirib ki, agentlikdə sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, əməkdaşlar arasında bu istiqamətdə mütəmadi olaraq profilaktik söhbətlər edilir, maarifləndirmə işləri görülür.
Bu gün, həmçinin Dövlət Dəniz Agentliyinin nümayəndələrinin iştirakı ilə Dənizkənarı Bulvar İdarəsinin “Mirvari” gəzinti gəmisində də dezinfeksiya işləri həyata keçirilib. Gəmi heyətinə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaqla bağlı lazımi tövsiyələr verilib.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən “Mirvari” gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir. Dəniz gəzintilərində tələbata uyğun olaraq əsasən “Mirvari” gəmisindən istifadə olunur. Gəmi orta hesabla gündə 6-7 səfər edir. Tələbatdan asılı olaraq gün ərzində gəzintilərdə ən az 5, ən çox isə 11-12 səfərə qədər artım olur.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu