Qənirə Paşayeva tovuzlulara təşəkkür etdi




Millət vəkili Qənirə Paşayeva Tovuzdan olan iş adamlarına, ziyalılara təşəkkürünü bildirib.



AFN xəbər verir ki, millət vəkili onun çağırışını dəstəkləyərək Tovuz rayonunda koronavirus pandemiyasi səbəbindən ailə vəziyyəti çətinləşən ailələrdən 300-dən çox ailəmizə sadəcə son 5 gün ərzində mənimlə birlikdə yardım göndərən bütün insanlara minnətdarlığını ifadə edib: "Bu yardımların aparılması və paylanılması üçün əlimizdən gələn dəstəyi əsirgəmədik və indiyə qədər olduğu kimi, bundan sonra da insanlarımıza dəstək olan hər bir xeyirxah təşəbbüsə dəstəyimizi əsirgəməyəcəyik. Pandemiya başlayan gündən millət vəkili kimi bütün gücümüzlə pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək üçün çalışırıq və çalışmağa davam edəcəyik. Eyni zamanda bu günə qədər Tovuzda pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizə dəstək olan hər bir insanımıza, qurum və təşkilatlarımıza dərin təşəkkürümü bildirirəm. Hər gün icra qurumlarımızla, onlarla sakinimizlə, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrimizlə danışıram, online görüntülü müzakirə aparırıq və bütün gücümüzlə dəstək olmağa çalışırıq. İmkanları yaxşı olan bir sıra həmyerlilərimizə çağırış edərək onları çətin vəziyyətə düşən ailələrimizə dəstəklə bağlı daha da fəal olmağa, birbaşa sakinlərimizin özlərinə və ya rəsmi təşkilatlarımızın nümayəndələri ilə birlikdə insanlarımıza bu yardımlarını çatdırmağa çağırırıq. Bir millət vəkili kimi və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq da əlimizdən gələn dəstəyi insanlarımıza daha da çox etməyə çalışırıq. Pandemiya başlayan zamandan bu günə qədər hansı rayonumuza dəstək olmasından asılı olmayaraq pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımıza dəstək olaraq Dövlətimizin yanında olan bütün insanlara təşəkkür edirəm. Allah razı olsun! Heydər Əliyev Fondunun bu istiqamətdə fəal fəaliyyəti hamımız üçün ən gözəl örnəkdir! Cənab Prezidentimizə bütün dünyada ciddi böhran yaradan pandemiya səbəbindən çətin vəziyyətə düşən insanlarımız, ailələrə dəstəklə bağlı verdiyi sərəncamlara, tapşırıqlara, həyata keçirilən işlərə görə təşəkkürümüzü bildirməklə yanaşı hər bir imkanı çatan insan bu addımlardan örnək alaraq belə ailələrə dəstək göstərməklə Ali Baş Komandanımızın ətrafında Dövlətimiz və Xalqımız üçün birliyimizi daha da artırdığımızı nümayiş etdirir. Cənab Prezidentimizin də vurğuladığı kimi #Bizbirlikdəgüclüyük!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu