Ceyhun Əsgərov Dövlət Xidmətinin mətbuat katibi təyin olunub




İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.



Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

Ceyhun Əsgərov faktı təsdiq edib.

Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu