Rusiya cavab hazırlayır - Zaxarova ABŞ-ın sanksiyaları haqda


Rusiya ABŞ-ın rusiyalı bloger Aleksey Navalnıya görə tətbiq etdiyi sanksiyalarına cavab hazırlayır.


AFN-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Birinci Kanal”a açıqlamasında bildirib ki, Rusiya hazırladığı məhdudiyyətlər siyahısını yaxında açıqlayacaq: “Əgər biz bu sanksiyalar haqqında susuruqsa, siyahı hazırlamayacağımızı düşünməyin. Bizim bu istiqamətdə fəaliyyətimiz davam edir”.
Zaxarova qeyd edib ki, ABŞ öz vətəndaşlarının sanksiya siyahısında yer alacağını bilir: "Rusiya cavab üçün heç nə gözləməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu