Zaxarova Moldovanın Rusiya əleyhinə sanksiyalara qoşulmasına cavab verəcəyi ilə hədələyib


Rusiya Moldova hakimiyyətinin Avropa İttifaqının (Aİ) Rusiya əleyhinə sanksiyalarına qoşulmaq qərarını cavabsız qoymayacaq.



RİA Novosti xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib və əlavə edib ki, belə bir addım Moskva ilə Kişinyov arasında münasibətləri pozmağa yönəlib.

“Biz bunu Rusiya-Moldova münasibətlərini pozmağa yönəlmiş növbəti düşmən addım kimi qiymətləndiririk. Şübhə olmamalıdır ki, bu, bizim tərəfdən cavabsız qalmayacaq”, - deyə diplomat brifinqdə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu