Millimizin Türkiyə ilə oyununun başlama saatı bilindi
![](/uploads/posts/2021-05/1620135491_dsc_9316.jpg)
Mayın 27-də keçiriləcək Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.
AFN AFFA-nın saytına istinadən xəbər verir ki, Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.