"Beşiktaş" - "Neftçi" oyununun başlama saatı dəyişdirilib


"Neftçi"nin Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.



AFN.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi Arena"dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu