Moldova – Azərbaycan matçının vaxtı dəqiqləşdi


Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.


AFN.az AFFA-ya istinadən xəbər verir ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu