DÇ-2022: Şotlandiya - Ukrayna matçının mümkün vaxtı bəlli olub
![](/uploads/posts/2022-04/1649681443_c073412a-1034-371c-a922-b7b35ed857ad_850.jpg)
2022-ci il dünya çempionatının pley-off mərhələsində Şotlandiya və Ukrayna milli komandaları arasında keçiriləcək yarımfinal oyununun mümkün vaxtı bəlli olub.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qarşılaşma mayın 31-i və ya iyunun 1-də oynanılacaq. UEFA hər iki tarixi milli assosiasiyalara təklif edib.
Avropa futbol qurumu bu cütün qalibi ilə Uels arasında Kardiffdə baş tutacaq matçın da vaxtını təyin edib. Görüş iyunun 5-nə nəzərdə tutulub.
Qeyd edək ki, yarımfinal və final matçlarından sonra DÇ-2022-nin daha bir iştirakçısı bəlli olacaq. Final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.