Azərbaycan plastmassa ixracının həcmini 2 dəfə artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 107,735 milyon ABŞ dolları dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,732 milyon ABŞ dolları (5,12 %) azdır.
Dörd ay ərzində Azərbaycanın plastmassa və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 122,903 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 62,421 milyon ABŞ dolları (2 dəfə) çoxdur.
Hesabat dövründə plastmassa və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 3,05 %-ni, ixrac isə ümumi ixracın 1,93 %-ni təşkil edib.