Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı


Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.


İlk yarış günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxıb. Kişilər 60 kq, qadınlar 48 kq çəki dərəcəsində hərəyə iki cüdoçu ilə təmsil olunublar. Onlardan Davud Məmmədsoy (60 kq), eləcə də Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

Əvəzində Kəramət Hüseynov (60 kq) karyerasında ilk böyük uğuruna imza atıb. Mübarizəyə 1/32 finaldan başlayan 23 yaşlı idmançı ardıcıl olaraq, İJF bayrağı altında çıxış edən Məhəmməd Raşnonezad, moldovalı Nikolae Foka və yaponiyalı Ryuju Naqayamanı üstələyib. Lakin 1/4 finalda onun qarşısını fransalı Valide Xyar kəsib.

Bununla belə, Hüseynov monqolustanlı Unubold Lxaqvajamtsı təsəlliverici, qazaxıstanlı Maqjan Şamşadini 3-cü yer uğrunda görüşdə yenərək, bürünc medala yiyələnib. İstedadlı cüdoçu daha əvvəl Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş Avropa çempionatında da eyni əyarlı medal qazanmışdı.

Dünya çempionatı
6 iyun

Kişilər
60 kq
I mərhələ
1/32 final: Davud Məmmədsoy - Romarik Vend-Yam Buda (Fransa)

1/32 final: Kəramət Hüseynov - Məhəmməd Raşnonezad (İJF)

1/16 final: Kəramət Hüseynov - Nikolae Foka (Moldova)

1/8 final: Kəramət Hüseynov - Ryuju Naqayama (Yaponiya)

1/4 final: Kəramət Hüseynov - Valide Xyar (Fransa)

Təsəlliverici görüş: Kəramət Hüseynov - Unubold Lxaqvajamts (Monqolustan)

Bürünc medal görüşü: Kəramət Hüseynov - Maqjan Şamşadin (Qazaxıstan)

Qadınlar
48 kq
1/16 final: Leyla Əliyeva – Sabina Gilyazova (RJF)
1/16 final: Aişə Qurbanlı – Xulia Figeroa (İspaniya)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu